Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda keçmiş deputat 5 il müddətinə həbs edilə bilər

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından millət vəkili olmuş Abraam Manukyan seçicilərə rüşvət verməkdə ittiham edilərək həbs edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Baş prokurorluğun nümayəndəsi Gor Abramyan bildirib.

Onun sözlərinə görə, Yerevan Şəhər Ümumi Məhkəməsi onun həbs edilməsi barədə vəsatəti təmin edib.

Belə ki, Abraam Manukyanın 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməsi iddiası öz təsdiqini tapıb.

Keçmiş deputat 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »