Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rossiya 1 kanalında yayımlanan “Moskva. Putin. Kreml” proqramının efirindən maraqlı bəyanat verib.

Demokrat.az xarici mediaya istinadla xəbər verir ki, Putinin bu açıqlaması bir sıra keçmiş SSRİ ölkələrində maraqla qarşılanıb.

Putin qeyd edib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların bir çoxuna həmin təşkilatdan ayrılan zaman geniş ərazilər bəxş edilib.

Onun sözlərinə görə, həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb:

“Əslində, həmin respublikalar SSRİ-nin tərkibindən çıxanda bu torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”.

Vladimir Putin məhz hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu deməyib. Sadəcə qeyd edib ki, Sovet İttifaqı yaradılarkən həmin respublikalara ittifaqın tərkibindən çıxmaq hüququ verilsə də, çıxışın prosedurları barədə qeydlər edilməyib.

Ancaq Rusiya prezidentinin bu açıqlaması Ermənistan ictimaiyyətində rezonans doğurub. Bu da gözlənilən idi. Çünki Ermənistan SSRİ-nin tərkibinə qoşulan zaman Azərbaycanın tarixi torpaqları hesabına ərazisini genişləndirib.

Əslində, Putinin bu açıqlama birbaşa işğalçı Ermənistana mesajdır.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »