Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən 5G texnologiyası ilə bağlı açıqlama

“Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Bizimyol.info xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Nazirlikdən bildirilib ki, Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya Kalininqradı itirir: NATO Baltik dənizinə qüvvə cəmləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »