Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronasirus xəstəsini dərmansız-iynəsiz yeni üsulla sağaldıblar - Video

Türkiyənin Diyarbəkir vilayətində koronavirusa yoluxan 46 yaşlı xəstə yeni müalicə üsulu ilə sağalıb.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yerli nümayəndəsi Cihan Təkin açıqlama verib. Həkim, yeni müalicə üsulu barədə ətraflı məlumat verərək, bunun pandemiyaya qarşı mübarizədə uğurlu ola biləcəyini bildirib. Həkimin sözlərinə görə, yeni üsulun tətbiqi zamanı dərman və ya iynədən istifadə olunmur.

Müalicə zamanı şüa terapiyası tətbiq olunur. Yeni texnologiyanın hazırlanmasına Türkiyədə 3 il əvvəl başlanılıb. Nəhayət may ayında Türkiyədə bu üsulun istifadəsinə rəsmən icazə verilib. 2 gün əvvəl isə vəziyyəti ağır olan bir koronavirus xəstəsi üzərində sınaqdan keçirilib və uğurlu alınıb. Sınaqlarda ABŞ-ın Klivlend Xəstəxanası və Nyu-York Universitetinin mütəxəssisləri də iştirak ediblər. Müalicə üsulu "Türk işığı" ("TurkishBeam") adlandırılıb.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »