Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

"Musa Qurbanlının "Qarabağ"a gəlişi mənim inadımla olub. Qurban Qurbanov onun "Neftçi"də qalmasını istəyirdi".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib. Sadıqov bu keçidə problem yaratmayan "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi "Qarabağ"ın U-19 komandasında hücumçunun baş məşqçisi olduğunu xatırladıb. Sadıqovun sözlərinə görə, Qurbanlının Ağdam təmsilçisinin əsas heyətində oynaması çox tezdir: "Musa Qurbanlıya xarici klublardan da təklif olmuşdu. Bütün gənclər kimi onun da üzərində işləyirik".

Son xəbərlər
Bütün xəbərlər »