Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə hamam, köhnə tas: Azərbaycanda böyük tenderi sabiq nazirin şirkəti "uddu"

Azərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey “öz qaydasında” bölüşdürülür.

“AzPolitika.info” xəbər verir ki, iyunun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları üçün kommunal texnika alınmasına dair böyük tenderə yekun vurub. «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderdə «İmprotex Trucks and Buses» MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.

Qeyd edək ki, son 9 ay ərzində «İmprotex Trucks and Buses» MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair tenderin qalibi olur. 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar alınıb.

Belə ki, 2019-cu ilin 18 oktyabrında «İmprotex Trucks and Buses» MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.

Qeyd edək ki, sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur. "Improtex Trucks and Buse" MMC sabiq nazirə məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. Fizuli Ələkbərovun sahibi olduğu bu qrupa minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »