Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda üzərində qanunsuz silah gəzdirən saxlanılıb

Bakıda üzərində qanunsuz olaraq “Makarov” markalı tapançalı gəzdirən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1

ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »