Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusa yeni yoluxma və ölüm halları açıqlanıb

Rusiyada son sutka ərzində daha 6852 nəfərdə koronavirus aşkarlanıb və ölkədə yoluxma sayı 627 646 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 24 saat ərzində daha 188 nəfər həyatını itirib və pandemiya qurbanlarının sayı 8969-a yüksəlib.

Bu günədək 393 352 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Son xəbərlər
Bütün xəbərlər »