Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yaşayan azərbaycanlı koronavirusdan ölüb

ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.

Report-un xəbərinə görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün müalicə aldığı xəstəxanada ölüb.

Onu ailəsinin razılığı ilə koronavirusdan ölənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »