Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzində GRE – Ümumi Test imtahanı keçirilib

DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunmuş imtahan keçirilib.

Bizimyol.info xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

26 iyun 2020-ci il tarixində keçirilən imtahanda 1 nəfər iştirak edib və keyfiyyətin təmin edilməsi məqsədilə ETS tərəfindən hazırlanan imtahanların keçirilməsinə dair qaydalara riayət olunub.

GRE – Ümumi Test imtahanının rəsmi nəticələri imtahan günündən təxminən 10-15 gün sonra imtahan verənlərin ETS-in internet səhifəsindəki şəxsi hesabına yerləşdirilir.

Qeyd edək ki, növbəti GRE – Ümumi Test imtahanının 15 avqust tarixində keçirilməsi nəzərdə tutulur. İmtahan və qeydiyyat prosedurları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »