Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: 31,3 milyard dollar lazımdır

Dünya koronavirusa qarşı vaksinin hazırlanacağını gözlədiyi bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlaması dünya mətbutında şok effekti yaradıb.

Publika.az xarici KİV-nə istinadla xəbər verir ki, ÜST başda olmaqla yeni tip koronavirus epidemiyasına qarşı mübarizə koalisiyası növbəti 12 ay ərzində COVID-19-un testləri, müalicəsi və penvəndinin hazırlanması üçün 31,3 milyard dolara ihtiyac duyulduğunu açıqlayıb.

"ACT-Accelerator" programının xüsusi təmsilçisi Ngozi Okonjo-Iveala lazm olan 31.3 milyard dolların cəmi 3.4 milyardının toplandığını bildirib.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus isə COVID-19-u nəzarət altına almaq və həyatları xilas etmək üçün bənzəri olmayan effektli vaksinlərə, diaqnozlara, terapevtik vasitələrə ehtiyac olduğunu deyib.

Son xəbərlər
Bütün xəbərlər »