Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək

“İyulun 1-dən Rusiyanın 67 bölgəsi turistləri qəbul etməyə hazır olacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əvvəlki illərdə Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümünün tam başlaması iyulun 1-nə təsadüf edirdi: “Gələn həftədən turizmin 40 subyekti - otellər, motellər və digər yaşayış obyektləri işə başlayacaq. İyunun 28-də artıq yay səyahətlərinə start veriləcək”.

Z.Doquzova əlavə edib ki, iyulun 1-dən etibarən sanatoriyalarda koronavirus infeksiyasının olmamasını təsdiq edən sertifikatın ləğv olunacağı da gözlənilir:

"Təəssüf ki, pandemiya dövründə sanatoriya-kurort müəssisələri üçün icazə sertifikat lazımdır. Bu tələbin aradan qaldırılmasına çalışırıq”.

Onun sözlərinə görə, sözügedən məcburi sertifikat turizm komplekslərinin rahat şəkildə fəaliyyəti üçün maneə törədir. Bu məsələnin müvafiq qurumlarla müzakirə edildiyi bildirilib.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »