Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmmədyarov həmkarı ilə telefonda danışdı

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »