Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus narkomaniyaya necə təsir göstərir

BMT koronavirusun daha bir təhlükəsi ilə bağlı hesabat hazırlayıb. Burada epidemiyanın narkomaniyaya təkan verməsindən bəhs olunur.

Bizimyol.info xəbər verir ki, BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) dünyada 270 milyon insanın xaşxaş, kokain və sintetik maddələrdən istifadə etdiyini açıqlayıb. Beynəlxalq təşkilat diqqəti say artımına yönəldib. BMT-nin hesabatına görə, işsizliyin artması insanları narkotik vasitələrə daha çox yönləndirir.

BMT hesabatı hazırlayarkən bir çox amilləri nəzərə alıb. UNODC-un baş direktoru Xada Vali həm epidemiyanın, həm də iqtisadi böhranın prosesə yalnız pis təsiri olduğunu bildirib.

Hesabatda yazılıb ki, əkinlə, kənd təsərrüfatı ilə məşğul olan insanlar bu istiqamətdən lazımi qazanc götürməməyə başlayıb. Bu halda narkotik əkilməsinə maraq artır. Əlbəttə, çatdırılma problemləri yaranıb. Amma narkotik əkənlər yeni yollar haqda da düşünür. Məsələn, Cənubi Amerikadan Avropaya xeyli narkotik maddə gətirilir. Hüquq-mühafizə orqanlarının çoxsaylı cəhdləri də bəzən lazımi effekt vermir.

Hesabatda epidemiyanın narkotik aludəçilərinin sayını 1 milyon nəfərə yaxın artırdığı qeyd olunub. Zərərli vərdişi olan insanların 35.6 milyonu buna görə ciddi sağlamlıq problemləri yaşayır.

Avropa Birliyinin Narkotik və Narkotikdən Asılılıq Mərkəzi epidemiya dövründə qitədə narkotikdən istifadənin azaldığını iddia edir. Mərkəz spirtli içkilərə meylin daha çox artdığını bildirir.

Son xəbərlər
Bütün xəbərlər »