Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa rusları qitəyə buraxmaq istəmir

Avropa İttifaqı Rusiyanın adını iyulun 1-dən gediş-gəlişin bərpa olunacağı ölkələrin siyahısına salmaqdan imtina edib.

TASS-ın məlumatına görə, təşkilat şimal ölkəsindəki epidemioloji vəziyyəti qənaətbəxş saymır.

Bizimyol.info xəbər verir ki, agentlik Rusiyada sutkalıq virusa yoluxma sayının azalmasına baxmayaraq, ümumi durumun çox da yaxşı olmadığını bildirir. Buna baxmayaraq, Avropa İttifaqının qərarı uzun müddəti əhatə etmir. Zamanla dəyişikliklər ola bilər. Yəni Rusiyanın adının bir müddət sonra siyahıya salınması mümkündür.

İyunun 23-də Avropa İttifaqının yoluxma sayının çoxluğuna görə ruslara qitə ərazisinə daxil olmağa qadağa qoyacağı haqda məlumat yayılmışdı. Məlumatda ABŞ və Braziliya vətəndaşları üçün də qırmızı işıq yandırılacağı bildirilirdi. Adları çəkilən hər üç ölkədə virusa yoluxma sayı çox yüksəkdir.

Ruslara təkcə avropalılar “yox” demir. Türkiyə və Tunis də rus turistləri qəbul etməkdən boyun qaçırıb.

Son xəbərlər
Bütün xəbərlər »