Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Ermənistan hər milyon nəfərə yoluxmaya görə dünyada liderdir"

Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Bu gün biz komendaturada müzakirələr keçirdik və nəticəyə gəldik ki, alternativlər yoxdur… Biz antiepidemiya qaydalarının daha da sərtləşdirilməsinə getməliyik", - baş nazir onlayn-brifinqin gedişatında deyib.

O, söhbətin məhz hansı addımlardan getdiyini dəqiqləşdirməyib. Paşinyan əlavə edib ki, "sərtləşdirmələr paketi" ən müxtəlif olacaq.

Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.

"Bu böyük problemdir", - hökumət başçısı deyib. O, əlavə edib ki, cəmiyyətdə təhlükəsizlik qaydalarına riayətetmə ehtiyacının mütləq dərk edilməsi yoxdur.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər ölüb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »