Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST koronavirusla mübarizəyə milyardlarla ABŞ dolları ayrılmasını istəyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “ACT-Accelerator” beynəlxalq tərəfdaşlığı çərçivəsində koronavirusla mübarizə üçün vaksinlərin, diaqnostika və müalicə vasitələrinin işlənib hazırlanmasına 12 ay ərzində 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur.

“Report” xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildirilib.

Aprel ayında başlanan bu təşəbbüs çərçivəsində adambaşına düşən gəlirləri aşağı və orta olan ölkələrə 2021-ci ilin ortalarına qədər 500 milyon diaqnostik test və 245 milyon dəst müalicə vasitələrinin göndərilməsi planlaşdırılır. Bundan əlavə, bu dövlətlərə hazırda hazırlanmaqda olan koronavirusa qarşı vaksindən 2 milyard doza verilməsi, o cümlədən bu sayın yarısının gələn ilin ortalarına qədər göndərilməsi planlaşdırılır.

ÜST-dən bildiriblər ki, bütün bu məsələləri həll etmək 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur: “Artıq 3,4 milyard ABŞ dolları vəd edilib. Beləliklə, təcili ehtiyacları ödəmək üçün 13,7 milyard ABŞ dolları da daxil olmaqla, 27,9 milyard əlavə vəsait tələb olunur”, - qurumdan deyiblər.

Son xəbərlər
Bütün xəbərlər »