Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts vaksinin effektli olmayacağını ehtimal edir

“Microsoft”un yaradıcısı Bill Qeyts koronavirusdan öz məqsədləri üçün istifadə etməkdə ittiham olunur.

Milyarder buna bir neçə dəfə münasibət bildirərək söylənilənləri cəfəngiyyat adlandırıb.

Bizimyol.info xəbər verir ki, Qeyts bu dəfə vaksindən danışıb. Məşhur iş adamı epidemiya əleyhinə preparatın effektli olmayacağını ehtimal etdiyini bildirib.

CNN-ə danışan Qeyts elm adamlarının üzərinə böyük iş düşdüyünü söyləyib. Çünki vaksin nəinki xəstəliyin qarşısını almalıdır, həm də infeksiyanın insandan insana ötürülməsini dayandırmalıdır: “Vaksinin ideal vasitə olacağına zəmanət yoxdur”.

Qeyts apreldə koronavirusdan söz açarkən çox da nikbin görünməmişdi. O, epidemiyanın iki ilə qədər sürə biləcəyini demişdi. Qeytsin fikrincə, əvvəlcə yoluxma sürəti azaldılmalıdır. Bundan sonra virusun sıradan çıxarılması haqda düşünülməlidir.

Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə COVİD-19 ilə mübarizəyə 100 milyon dollar xərcləyib.

Son xəbərlər
Bütün xəbərlər »