Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada virusa yoluxma azala-azala gedir

Rusiya koronavirusla bağlı vəziyyətin yaxşılaşmağa doğru getdiyi ölkələrdəndir. Şimal qonşumuzda hər gün sutkalıq yoluxma statistikasında azalma müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, bu gün Rusiyada 6800 nəfərin virus testinin müsbət nəticə verdiyi bildirilib. Dünən bu rəqəm 7113 idi. İyunun 24-də isə 7176 nəfərdə infeksiya aşkarlandığı elan olunmuşdu.

Ümumiyyətlə, indiyə qədər Rusiyada 620 min 794 nəfərin virusa yoluxduğu açıqlanıb. Pasiyentlərin 8781-i həyatını itirib. Rusiya Səhiyyə Nazirliyi 384 mindən çox xəstənin sağaldığını iddia edir.

Rusiyada vəziyyətin yaxşılaşmasını havaların çox isti keçməsi ilə əlaqələndirirlər. Qərb mətbuatı isə burada açıqlanan rəqəmlərə çox da inanmamağı məsləhət görür. Yazılanlara görə, Rusiyada referendum öncəsi yoluxmaların azalması tablosu yaradılır.

Rusiya virusa yoluxma statistikasına görə dünya ölkələri arasında üçüncü yerdədir. Maraqlıdır ki, ölüm sayında bu ölkənin adı ilk 10-luğa düşmür.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »