Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Həkim çatışmazlığı varsa, qəbul balları aşağı salınmalıdır"

“Hamı həkimlərin, xüsusın də indiki zamanda virusoloqların, tibbi bioloqların azlığından danışdı. İllər öncə demişəm, bir də deyirəm, həkim və müəllim peşəsi üçün minimum keçid balı ən azı 450 bal götürülməli idi, bu balı ötənlərin də hamısı istisnasız pulsuz təhsil almalıydı”.

Bu fikirləri iqtisadçı Rövşən Ağayev səsləndirib.

Rövşən Ağayev Rövşən Ağayev

“2004-dən bəri tibb təhsili üzrə ixtisas seçənlərin sayını, ödənişli təhsil alanların sayını və ixtisaslar üzrə ödnənişin məbləğini araşdırın.

Tibbdə oxuyan hər 100 tələbədən neçəsinin pulsuz oxuduğunu da bu araşdırmaya qatın.

2004-2019-cu illərdə orta müxtəlif tibb ixtisasları üzrə təhsil haqqının dinamikasının necə dəyişdiyini də qrafik formasında həmin araşdırmaya əlavə eləyin.

Müəllim və tibb ixtisasları heç bir halda bizim kimi "insan kapitalın"ı inkişaf etdirməyə fövqəladə ehtuyacı olan ölkənin təhsil sistemi üçün pul qazanmaq mənbəyi olmamalı idi və indən sonra heç olmamalıdır”.

Onun sözlərinə görə Tibb Universitetinə plan yerləri və ödənişsiz yerlər ötən ildən artmağa başlayıb.

“Ondan əvvəl 15 il perspektivi və potensialı olan xeyli gəncimizi itirmişik. Bərabər təhsil imkanı məsələsində balans yoxdur. Şübhəsiz, bu təkcə təhsil sisteminin günahı deyil Ölkədə bölgə inkişafında kəskin disbalans təsir edib. Müəllim ixtisasını oğlanlar tərəfindən seçməyə gələndə, yaxşı maddi stimullar olsa, müəllim statusu yüksək olsa, xeyli artacaq”,- deyə o qeyd edib..

“Təhsildə imkan bərabərliyi" təmin edilməlidir. İmkanlar bərabər olmadıqda aparılan rəqabət haqsız rəqabətdir. İndiki durumda tibb ixtisaslarını o abituriyentlər qazanır ki, o imkanlı bir ailənin övladıdır, yaxşı bir məktəbdə təhsil alır və yaxud yaxşı repetitor yanında dərs keçir. Son on ildə tibbi ixtisaslarının keçid balı 500-dən aşağı düşmür. Bu təbiidir, bunu rəqabət müəyyənləşdirir. Çünki əlinizdə məhdud sayda plan yeri var. Keçidin aşağı düşməsi üçün plan yerləri artırılmalıdır.

Burda əsas sual dövlət sifarişi ilə yəni pulsuz oxumaqdır. DİM-in nümayəndəsi Adıgözəl Həbibov bildirib ki, keçən il müalicə işi ixtisası üzrə dövlət sifarişlilərin plan yeri təxminən 40 faiz artırıldı. “Bu isə o deməkdir ki, bu il müalicə işində oxuyanların demək olar ki hamısı pulsuz oxuyur. Onu da deyim ki, bütün ixtisaslar üzrə hal-hazırda bu il qəbul olan hər 5 tələbədən ən az 3-ü pulsuz oxuyur və növbəti illərdə bunun 100 faizə qədər artırılması nəzərdə tutulur. Bunu çoxdan etmək lazım idi. Amma bu əsas deyil. Əsas olan bərabər təhsil imkanlarına sahib olmaqdır. Məsələn 500 plan yeri ayrılıbsa və siz o yerlərdən biri üçün mübarizə aparırsınızsa, o səviyyədə təhsil almaq imkanınız olmalıdır. Plan yerini artırıb daha çox həkim hazırlaya bilərsiniz, plan yerinin artmasına görə keçid balı aşağı düşəcək. Amma həkim üçün bu balın 500-dən aşağı düşməsinin tərəfdarı deyiləm. Müəllim ixtisası üçün keçid balının ən az 450 götürülməsi durumunda isə xüsusilə özəl məktəblərdə və əyalət məktəblərində plan yerləri boş qala bilər. Çünki xüsusilə oğlan abituriyentlər müəllim olmaq istəmir. Çünki gələcəkdə o maaşla ailə saxlaya bilməyəcəyini düşünür. Müəllimlərin maddi durumlarının son dövrlərdə yaxşılaşdırılması nəticəsində keçid balları getdikcə artır. Hətta ən reytinqli yerlərdə ən az 490-500 bal olur. Bu ixtisası daha da rəqabətli duruma gətirmək üçün əmək haqları daha da artırılmalıdır. Onda keçid özü yüksələcək. İxtisasın cinsi tərkibi də yalnız bu halda dəyişəcək”,- deyən ekspert qeyd edib ki, tibbi və pedaqoji ixtisasların hamısı pulsuz olmalıdır.

İlhamə Rəsulova

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »