Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qiymətləri qaldıran özəl klinikalar vergidən yayınırlar" - Ekspert

“Özəl klinikalarda qiymətlər dövlət tərəfindən tənzimlənmir. Hər klinika istədiyi qiyməti qoya bilər”.

Bu barədə Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov

Ekspert qeyd edib ki, qiyməti qaldıran özəl klinikalar vergidən yayınırlar: “Bizə gələn şikayətlərin analizi onu göstərir ki özəl klinikaların 90 faizində istehlakçılara alınan pulun müqabilində normal kassa qəbzi verilmir. Yəni üzərində VÖEN olmayan qəbz verilir. Nəticədə özəl klinikalar böyük məbləğdə vergidən yayınırlar.

Dövlət xəstəxanalarının iflic olduğu vəziyyətdə özəl klinikalara gedənlərin sayı çoxdur. Tələb təklifi üstələyəndə qiymət artır və keyfiyyətsiz xidmət meydana çıxır.

Dövlət və özəl xəstəxanalarda ümumilikdə təxminən 20 minə qədər avadanlıq var. Bu avadanlıqların 6 aydan bir düzgün işləyib-işləməsinin müəyyənləşdirilməsi lazımdır. Bu iş yerinə yetirilmir və yaxud saxta yerinə yetirilir. Bu isə istehlakçıların həyatını risk altına qoyan amildir”.

Ekspert onu da bildirib ki, klinikaların verilən analizlərin nəticəsi bir-birini təkzib edir: “Mən yaxın günlərdə 2 klinikada analiz verdim. Analizlərin nəticəsi bir klinikada bir çür çıxdı, ikinci klinikada verdiyim analiz isə həmin nəticəni təkzib etdi. Hazırlaşıram ki üçüncü klinikada analiz verim. Çox ciddi məsələdir. Sadəcə, əhali bu qədər pul xərcləyib klinkaların varlanmasına səbəb olur. Klinikalar insanları sağlamlığa deyil, təhlükəyə aparır”.

Ramid İbrahimov

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »