Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın qarşısında daha bir ciddi maneə

Son illərdə Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi (EAK) arasında münaqişə şiddətlənməkdədir. Ermənistanda hakimiyyətə gələn yeni siyasi qrupların kilsə ilə münasibətləri artıq daxili siyasətin tərkib hissəsinə çevrilib. Əvvəllər Qarabağ klanının nümayəndələri ilə yaxın münasibətdə olan Eçmiədzin iqtisadi qolunu və siyasi təsirini itirməyə başlayıb. Baş nazir Nikol Paşinyanın "Soros komandası" gündən-günə kilsəni subsidiyalı bir dövlətin siyasi və iqtisadi həyatından kənarlaşdırır.

Paşinyanın hakimiyyətə gəlişi ilə, Erməni Apostol Kilsəsi dağılmış Qarabağ klanının simvoluna çevrildi. Hökümət əleyhinə kampaniyalara açıq-aşkar şəkildə qoşulan, mövcud siyasi elitaya qarşı təbliğata maliyyə xərcləyən EAK keçmiş hakimiyyətin təzahürü kimi çıxış etməkdədir. Siyasi proseslərə müdaxiləyə öyrəşmiş, qeyri-qanuni yollarla pullar qazanan EAK-ın “dövlət içində dövlət” yaratmaq iddiası, iqtidar tərəfindən kilsənin rolunun cəmiyyətin həyatında məhdudlaşdırılması istiqamətində qərarlar qəbul etməsi, dərin konfliktin təməlini qoyub.

EAK-ın Ermənistan Respublikaçılar Partiyası (ERP) tərəfindən himayəsi, baş nazir N. Paşinyanın komandası tərəfindən maraqları təmin olunmayan biznes oliqarxları ilə işbirliyi içərisində olması, kilsənin siyasi elitanın qarşısında gözdən salınmasına gətirib çıxarıb. Beləliklə, baş nazirin kilsə ilə qarşıdurması, əslində, siyasi opponentləri ilə mübarizəsinə də yönəlib.

Kritik həddə çatan münasibətlər fonunda Erməni Apostol Kilsəsi ilə baş nazir Paşinyanın komandası arasında açıq-aşkar qarşıdurma təhsil sistemində də özünü büruzə verir. 2003-cü ildən etibarən məktəb dərsliyinə salınmış “Erməni kilsəsinin tarixi” adlı fənnin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı təbəqələr tərəfindən hiddətlə qarşılanıb. Bu fakt siyasi iqtidarın qəti sürətdə Apostol kilsəsinin fəaliyyətinə qarşı olduğunu və konfliktin həlli yolunda hansısa kompromisə getməyəcəyinə dəlalət edir.

Kilsənin, keçmiş siyasi hakimiyyətin dövründən qalan geniş səlahiyyətlərinin mövcud iqtidar tərəfindən azaldılması özünü, Yerevan şəhərində EAK-ın kilsə tikintisi üçün ayrıldığı torpaq sahəsinin bələdiyyə deputatı Levon Zakaryan (hakim “Mənim Addımım” fraksiyasının üzvü) tərəfindən bələdiyyələrə geri qaytarılması tələbində də büruzə verir.

Eyni zamanda, siyasi iqtidarın məqsədyönlü fəaliyyəti ilə Eçmiədzin şəhərinin meri olaraq məhz ateist Diana Qasparyan seçilib. Apostol kilsəsinin aqressiyasına səbəb olan bu hadisə, kilsə ilə iqtidar arasındakı münasibətlərin daha da sürətlə uçuruma yuvarlandığını göstərir.

Keçmiş rəhbərliyin kilsəyə qarşı aparılan elan olunmamış müharibəsinin kulminasiya nöqtəsi isə baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması idi. O, maliyyə cinayətlərində ittiham olunan Aşot Sukiasyan və keçmiş baş nazir Tiqran Sarkisyan ilə birgə Kipr qeydiyyatlı ofşor şirkətlərdən birinin 33 %-lik pay sahibi kimi ortağı olub .

Ermənistan hakimiyyəti hətta erməni kilsəsinin rəhbərinin dəyişdirilməsi məsələsini də nəzərədən keçirməkdədir. Buna səbəb kimi, keçmiş rejimin kilsə ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır. Belə ki, bu ilin aprel ayında bütün Ermənistanın katolikosu II Qaragen çıxışında həbs edilmiş keçmiş prezident Robert Köçəryanın səhhəti ilə bağlı azadlığa çıxmalı olduğunu bildirdi . Məhz bu çıxış siyasi rəhbərlik tərəfindən ciddi tənqid olundu və bir gün sonra baş yepiskop Navasard Kçoyanın cinayətləri ilə bağlı məsələlər ölkə ictimaiyyətinə açıqlandı. Daha sonra Nikol Paşinyan kilsə daxilində keşmiş oliqarxik rejimə yaxın nümayəndələrin hökumətin işindən narazı olduğunu və tez-tez siyasi proseslərə açıq-aşkar müdaxilə etdiyini bildirdi .

Bir sözlə, siyasi hakimiyyətini gücləndirmək məqsədi ilə ölkə daxilində keçmiş rejimlə əlaqələrə malik olan iş adamları, oliqarxlar və keçmiş hərbiçilərin zəiflədilməsi növbəsi artıq Erməni apostol kilsəsinə də çatıb. Unutmaq lazım deyil ki, Erməni apostol kilsəsi erməni milli kimliyinin ən vacib komponentlərindən biridir və kilsə üzərində dominantlıq hakimiyyət üçün olduqca təhlükəli proses hesab edilə bilər. Əhalinin 89%-nin özünü Erməni apostol kilsəsinin adepti hesab etməsi kilsənin iqtidara qarşı çevriliş potensialı daşıyan güc olduğunu göstərir və baş nazir Paşinyanın komandasının bu gücün qarşısını almaq üçün əlindən gələni edəcəyi istisna edilmir.(Virtualaz.org)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »