Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 ölkə risk qrupundadır: Siyahıda Azərbaycan da var

Avropada 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunub.

Konkret.az xəbər verir ki, buna səbəb kimi bu ölkələrdə karantin rejiminin yumşaldılması göstərilib.

Məsələ ilə bağlı məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu qeyd edib.

O bildirib ki, 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər.

Klüge sözügedən 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Qırğızıstan, Albaniya, Bosniya və Hersoqovina, Ukrayna, Kosovo, Moldova və Azərbaycan olduğunu açıqlayıb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »