Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyaya görə teatrda çiçəklərə konsert verildi - Video

Barselonanın “Liseo” Böyük Teatrı pandemiya səbəbi ilə martın 23-də bağlanmışdı. 3 ay sonra teatr yenidən fəaliyyətini bərpa edəcəyini elan edib.

Bizimyol.info-nun məlumatına görə, iyunun 23-də teatr ilk konsertini çox qeyri-adi şəkildə verib. Teatrın orkestrit tamaşaçıların yerlərinə qoyulmuş 2292 ədəd otaq bitkisi qarşısında çıxış edib.

Bu kompozisiya konseptsualist rəssam Eucenio Ampudiya tərəfindən irəli sürülüb. Orkestr bitkilərə konsertini Puççininin “Xrizantemlər” əsəri ilə başlayıb. Təşkilatçılar ağrılı və qəribə karantin dövründən sonra bunu təbiətlə əlaqənin və harmoniyanın vacibliyinə diqqət çəkmək üçün etdiklərini bildiriblər.Konsetdən sonra bütün dibçək bitkiləri Barselonadakı tibb işçilərinə hədiyyə edilib.

İyunun 25-nə olan məlumata görə, İspaniya koronavirusayoluxma sayına görə dünyada altıncı yeri tutur. Ölkədə koronavirus səbəbi ilə 28 752 nəfər həyatını itirib.

İlhamə Rəsulova

Paylaş »
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Binəqədi rayon İcra Hakimiyyəti təkzib edir
Son xəbərlər
Bütün xəbərlər »