Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “İrəli gedə bilməsək də, maşallah, lampaslı şalvarların sayını artırmışıq”
Koronavirus

Koronavirus çoxlarımız qəbul etməsə də, böyük bəla oldu. “Müharibədir, savaşmaq gərəkir” dedilər, görünən o oldu ki, biz bu savaşdan fərari kimi çıxdıq. Nə özümüzü qorumaq istədik, nə də ətrafımızdakıları.

Gözəgörünməz düşmən səssiz-səmirsiz öldürür, bütün ölkələrin iqtisadiyyatını çökdürüb. Biz rahata o qədər alışmışıq ki, bu qorxunc bəla qarşısında yay istirahətimizin, gəzməyimizin, keyfimizin dərdindəyik.Bəs əcəba, Qarabağ uğrunda müharibə başlasa nə edəcəkdik? "Müharibəni dayandırın, darıxıram, evdə problemlərim var" demək kimi lüksümüz olacaqdımı? Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

Tərlan Eyvazov Tərlan Eyvazov

Bizimyol.info-nun müsahibi ehtiyatda olan zabit, politoloq Tərlan Eyvazovla koronavirusla müharibəyə xalqın hazır olub-olmamasından və ümumiyyətlə korrupsiyaya qarşı aparılan islahatlar fonunda döyüş ruhumuzdan danışırıq.

- Tərlan bəy, pandemiya dövründə çoxlu çağrışlar eşidirik. Bəlkə də kimlərinsə dolduruşuna gələn insanlardır, dövlətə çağrış edib “biz yardım istəmirik, heç nə istəmirik, torpağımızı qaytarın, gedək oturaq orda” çağırışları edirlər. Halbuki, o işğal altındakı torpaqlarda onları hazır tarlalar, bağlar, evlər, saraylar gözləmir. Bu gün hansısa bir maddi və pandemiyanın yaratdığı çətinliklərə dözməyənlər müharibəyə gedib dözə bilərmi sizcə? Çətinliklərə dözməyənlərlə müharibəyə gedə bilərikmi?

- Artıq neçə illərdir ki, müharibə çağrışları səslənir. Düzdür, heç kim istəməz ki, əziziləri həlak olsun. Bu illər ərzində torpaqlarımızın qaytrılacağı vədləri yerinə yetirilmədi. Buna görər belə çağrışların olması normaldır. Amma bu da bir həqiqətdir ki, milyonlarla insanlara haray çəkənlər heç hansısa mitinqlərə gəlmirlər. Ən çox çağırış edənlər, “müharibə” qışqıranlar yeri gələrsə, ortalıqda görünməyəcəklər. Amma bunlar xalq deyil, xalqın nümunəsi deyillər. Biz Aprel döyüşlərində ordumuzun rəşadətini, xalqın döyüş ruhunu gördük.

Bilirsinizmi 90-cı illərdə sovetlər birliyindən yeni ayrılan, demək olar ki, heç nə bilməyən, sağını, solunu, bayrağını bilməyən, nə baş verdiyini tam anlamayan insanlar belə bir amal uğrunda döyüşə atıldı. Amma biz artıq 30 ildir müstəqilik, ideologiyamız var. Nə dərəcədə hazırıq? Bu sualın cavabı birmənalı deyil. Elə bu pandemiya dövründə biz çox şeyləri gördük. Koronavirus yağış kimi üzlərdəki ənlik-kirşanı təmizlədi. Problemləri çılpaqlığı ilə üzə çıxardı.Vaxt ötdükəcə xəstələrimizin yerləşdirilməsi, səhiyyəmizin vəziyyəti, insanlarımızın məsuliyyəti bizi bir daha düşündürdü. Bu gün insanlarda güvən sarsıldı məmurların yağmalaması, vəzifədə olanların soyğunçuluğu görülən çox işlərə də kölgə saldı.

- Deyək ki, bu gün müharibə başladı, elə öz məmurlarımızın vətənə düşmən münasibətini, korrupsiyasını görüb, iyrənmiş xalqla qalib olmaq, müzəffər olmaq mümkündürmü?

- Toplum haqqında fikir bildirmək çətindir. Mühribələrdə bir də görürsən ən qorxaq adam qəhrəmana çevrilir. İnsan o qədər müəmmalı varlıqdır ki, onun harda necə hərəkət edəcəyini də proqnozlaşdırmaq çətindir.Təcürbəmə, yaşıma uyğun olaraq əminliklə deyə bilərəm ki, xalq düşmənlə savaş başlayarsa toparlanmağı bacaracaq. Lakin kor- koranə müharibəyə atılmaq olmaz. Bunun üçün öncədən görüləsi çox işlər var.

- Siz keçmiş döyüşçü, eyni zamanda rəssamsınız . Və Silahlı Qüvvələr Günü münasibəti ilə keçmiş döyüşçü olaraq “Üzrxahlıq” adlı bir əsər işləmisiniz. Əsərdə xaraba qalmış bir evin qarşısında diz çökən əsgər rolunda maraqlıdır ki, öz portretinizi işləmisiniz. Niyə görə üzrxahlıq?

- Düşünürəm tabloda hisslərimi verə bilmişəm. 23 il oncə, elə yay fəsli ordudan tərxis olunanda hissədə hərbi sırada düzülən əsgərlərlə vidalaşarkən söz verdim ki, bu müvəqqəti ayriliqdi. Veşmeşokuda götürurəm, savaş başlanan kimi yanınızda olacam.

Amma bir məsələni heç cürə başa düşə bilmirəm. Keçmis prezidentlərin, nazirlərin, siyasilərin, generalların, zabitlərin, əsgərlərin, döyuşçülərin yazdıqları xatirələri, verdiyi izahı oxuyan indiki nəslin numayəndəsində belə bir fikir formalasır ki, deyəsən bunlarin heç birinin gunahi yoxmuş. Onlar üzerlerinə düşəni vicdanla yapmis, yalnız hansısa gizlin bir əl bütün baş verən faciələrin baisi olub. Ona görə çəkdikləri əziyyətə, vurusduqlarına, qan tökduklərinə görə bu gun onlara güzəştlər verilməli, hamıdan fərqləndirilməli, Koreya generalları kimi az qala şalvarlarina belə o düşük medallari taxıb şellənməlidirlər. Sizin, bizim, mənim heçmi günahımız yox? Nə qədər bos öyunmək, o olmuyan qəhrəmanlıqlar haqqında kitablar yazdırmaq, dəyərsiz filmlər çəkdirmək olar?! Yəni sən qanmırsan ki, müvəqqəti saysan da uduzan tərəfsən? Bu muvəqqtilik isə az qalib 30 il ola. Bu illərdə irəli gedə bilməsək də maşallah lampaslı şalvarların sayını xeyli artırmışıq. Veteran sayı yuz mini, muharibə əlili sayi 17 mini ötüb. Bu isə on korpus demekdi. Bəs harda idi muharbe dövru o on korpusluq şəxsi heyət? Niyə adam tapılmırdı?Sinnimin 6-cı onilliyini başa vurmaqdayam. Yəqin bu yaşdan sonra orduya caģrılmayacam. Əgər o Böyuk Vətən Savaşı başlasa (onun baslamısına isə gün gündən inam azalır) rəsmən orda iştirak etmək hüququm olmuyacaq. Ona gorə uzrhaxliq edirəm. İsģalda qalan torpaqlardan, bizə güvənənlərdən, əsir yurdlarmızdan, insanlarımızdan, elindən didərgin düşən soydaslarımızdan. Baş verən uģursuzluqlara görə hec kəsin özünü gunahkar bilmədiyi məmləkətdə özumu gunahkar bilirəm. Bu gün əynində forma olan istər hərbçilərimiz, istər polislərimiz öz gücünü xalqına yox düşmənə göstərməlidir. Bu şərəfli formanı geymiş bir kişinin peşmanlığıdır.Lakin bu çarəsizlik deyil, ündür, haraydır, çağırışdır.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var - Döyüş davam edir
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Müdafiə Nazirliyi düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbçilərin adını açıqlayıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »