Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da polislərlə bağlı qanun dəyişdirilir

ABŞ Konqresinin Nümayəndələr Palatası hüquq-mühafizə orqanlarının əməkdaşlarının vətəndaşlara qarşı güc tətbiq etməsini qadağan edən qətnamə qəbul edib.

Publika.az xəbər verir ki, qaradərili Corc Floydun polis şiddəti nəticəsində ölməsindən sonra gündəmə gələn qətnamə “Corc Floyd üçün Ədalət və Polislik Qanunu” başlığı ilə senatorlara təqdim olunub.

Qətnaməyə 181 vəkil “yox”, 236-sı isə “hə” deyib.

Respublikaçılar Partiyasının senatorlarının qarşı çıxdığı qətnamə ölkədə polis təşkilatının yenidən qurulması, hər növ boğucu müdaxilənin qadağası, ani və ev basqınlarının sonlandırılması və vəzifəsindən sui-istifadə etməsi məhdudlaşdırır.

Qeyd edək ki, qətnamənin son olaraq Senatdan keçməsi lazımdır. Lakin respublikaçıların bu qətnaməni deyil, öz hazırladıqlarını təqdim etmələri gözlənilir. Qanunun bu versiyasında polislərə irqçilik və şiddətin qadağan edilməsi, lakin polisə öz təhlükəsizliyinə təhdid yaradan hər növ müdaxilələri edə bilməsi səlahiyyətinin verilməsi nəzərdə tutulur.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »