Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniyalı futbolçu: "Yeganə kuboku Azərbaycanda qazanmışam"

"Liqada 400 oyunda iştirak etmək mənim üçün çox şey deməkdir".

"Report" xəbər verir ki, bunu Rumıniyanın "Politexnika" klubunda çıxış edən "Xəzər Lənkəran"ın sabiq futbolçusu Kosmin Frasinesku "Prosport.ro" saytına açıqlamasında deyib.

35 yaşlı müdafiəçi iddialı komandalarda oynamadığı üçün kuboklar qazana bilmədiyini bildirib. Rumıniyalı oyunçu Azərbaycanda çıxış etdiyi dönəmi də xatırlayıb: "Yeganə kuboku Azərbaycanda qazanmışam. Bunu baş məşqçi Mirça Redniklə birlikdə əldə etdik".

Frasinesku karyerası ərzində çətin anlar yaşadığını, hazırda da çətin dönəmdən keçdiklərini vurğulayıb: "Xal toplamağa başlasaq və çempionatın sonunda liqada qalsaq, xoşbəxt olardım. Növbəti matçlarda özümüzü sübut etdirməliyik".

Qeyd edək ki, Kosmin Frasinesku 2011-ci ildə icarə əsasında "Xəzər Lənkəran"da çıxış edib. Lənkəran təmsilçisi həmin vaxt Azərbaycan Kubokunun qalibi olub. "Politexnika" hazırda Rumıniya çempionatında sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »