Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzlarının qəribə gənclik sirri: Müsəlman uşaqların dərisindən istifadə edirlər

Hollivud ulduzu Sandra Bulok ABŞ-da yayımlanan məşhur teleproqramlardan biri zamanı maraqlı açıqlama verib. Hər zaman gənc görünən və zamana meydan oxuyan 56 yaşlı aktrisa necə gənc qalması bardə suala verdiyi cavabla heyrətləndirib.

O üzünə uşaq dərisi vurdurduğunu söyləyib. Dərini hardan əldə etməsi barədə sualın cavabı isə şok edəcək tərzdədir. Sandra Bulok xeyriyyəçilər tərəfindən toplu şəkildə sünnət etdirilən müsəlman uşaqlarının kəsilən dərisini satın alıb kosmetik məqsədlərlə istifadə etdiyini, onların kök hüceyrələrini əməliyyatla öz bədəninə vurdurduğunu söyləyib. Bundan əlavə Sandra ildə iki dəfə damarlarına azyaşlı uşaqların qanını vurdurduğunu da etiraf edib. “Gənc və gözəl qalmaq üçün sadəcə, kosmetika və pəhriz kömək etmir. Bunun üçün daxildən də gənc qalamq lazımdır. Hollivud ulduzlarının çoxu mənim etdirdiyim bu prosedurları edirlər. Çox da bahalı sayılmaz. Cəmi 6000 dollara başa gəlir”,- deyə o qeyd edib.

Hollivud ulduzu gözaltı şişkinliyini aradan qaldırmaq üçün bahalı prosedurlar etmədiyini, bunun üçün sadəcə, babasil məlhəmindən istifadə etdiyini də söyləyib. Tok–şouda Sandra Bulokun üzünü gözəlləşdirmək üçün istifadə etdiyi bu qeyri-adi vasitələr (sünnət olunmuş uşaqların atılmış dərisi və babasil məlhəmi) aparıcı tərəfindən qəhqəhələrlə qarşılanıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »