Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kapital Bank Visa kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir

Kapital Bank sahibkarlıqla məşğul olanlara, həmçinin partnyor olmaq istəyənlərə mütəmadi olaraq güzəştli aksiya və kampaniyalar təqdim edir. Bu dəfə təqdim olunan yeni layihə Visa International şirkəti ilə birgə həyata keçirilir.

Layihədə Azərbaycan və dünya üzrə bütün Visa premium kartları iştirak edir.

Şərtlərə görə, partnyorlar Visa premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, Visa Classic, Gold, Platinum, Signature və Infinite kart sahiblərinə endirim təqdim edən partnyorlar, Kapital Bank-ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və e-Commerce layihəsinə pulsuz qoşula bilərlər.

Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsi ilə partnyorlar ölkədaxili və xaricdə yeni müştərilər qazanacaqlar.

Müraciət etmək istəyənlər (050) 255 01 96 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlaya

bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »