Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polislərə verilən balkon konserti əslində klip çəkilşiymiş - Video

Dünən sosial şəbəkələrdə yayılan və cəmiyyət tərəfindən birmənalı qarşılanmayan balkon konserti sən demə klip çəkilişlərin üçün imiş.

Belə ki, Yasamal rayonu ərazisində balkondan “Yaşa Azərbaycan!” mahnısını ifa edən bir qrup gənc sonda həyətdə dayanan polislərin üzərinə çiçək atır. Daha sonra sosial şəbəkələrdə həmin gənclərin çəmən üzərində oturaraq birlikdə dönər və qazlı şirə içdiyi fotolar yer aldı. Bununla da xoşagəlməz şərhlər aldı başını getdi. Çoxları bilməzə,görməzə bunu polislərin piyarı adlandırdı, dönər və şirənin də müğənnilərə polislər tərəfindən alındığını yazdılar. Birincisi bu gənclər hansısa gərginliyi aradan qaldırmaq üçün bu addımı atmış olsalardı belə, yenə pis bir hərəkət yox idi. Bəzilərinin dedikləri kimi, üz- gözlərinə bulaşdırmadılar.

İnsanı riqqətə gətirəcək tərzdə oxuyurdular. İkincisi o günəmi qalmışdılar bir dönər, bir kola üçün oxuyaydılar? Üçüncüsü də onlar mahnını ermənilərə yox, ölkə polisinə ithaf etmişdilərsə, burda pis nə var? O polis ki, 3 aydır evinə, eşiyinə gəlməyə vaxt tapmır, gecə,-gündüz bilmədən əhalinin təhlükəsizliyi xatirinə küçələrdə soyuğun, günəşin altında qalıb.

Çox heyif! Bu görüntülər klip olmaya da bilərdi, qurulmuş bir ssenari də ola bilərdi! Ancaq hər kəsi əmin edə bilərəm ki, bu görüntülər hansısa Avropa ölkəsində olsaydı (ssenari üzrə olsa belə) naxoş sözlər yazanlar mütləq ki, bəh - bəh ilə paylaşacaqdı!

Bizimyol.info həmin görüntüləri təqdim edir:

İlhamə Rəsulova

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »