Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bizimyol.info-ya bu barədə “Azərişıq”ın mətbuat xidmətindən məlumat verilib.

İstehlakçılardan yaranan qəza halları ilə bağlı çağrı mərkəzinə müraciət etmələri xahiş olunur: "İstehlakçılardan xahiş edirik ki, yaranan hər hansı çətinliklə bağlı müraciətlərini rəsmi Facebook və Instagram səhifələrimizə, whatsapp nömrəmizə və 24 saat fasiləsiz xidmət göstərən “199” Çağrı Mərkəzimizə yönləndirsinlər".

Son xəbərlər
Bütün xəbərlər »