Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yanğın hadisəsi baş verib

Bu gün səhər saatlarında Bakıda yanğın hadisəsi olub.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 28 May və Kövkəb xanım Səfərəliyeva küçələrinin kəsişməsindəki ərazidə yanğın başlayıb.

Yanğına ilk olaraq Nəsimi rayon post patrul xidmətinin əməkdaşları müdaxilə edib. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. Məlumata görə, yanğın yansöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »