Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan koronavirusa qarşı mübarizə tədbirlərilə bağlı açıqlama

“Prezident İlham Əliyev qərb reqionuna səfəri zamanı pandemiya ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında cəmiyyətə önəmli mesajlar verdi. Fakt odur ki, ilk mərhələdə görülən qabaqlayıcı tədbirlərin nəticəsində ölkəmiz az itki ilə çıxdı. Bakıda və reqionlarda karantin rejiminə uyğun xəstəxanalar müəyyənləşdirildi, “Yeni klinika” istifadəyə verildi, qısa zaman ərzində modul tipli xəstəxanalar tikildi və tikilməkdədir. Sərhədyanı bölgələrdə səyyar çadır-hospitallar quraşdırıldı. Əgər bunlar olmasaydı, minlərlə virusa yoluxan və sağalan insanları harada yerləşdirəcəkdik. Sadaladığım faktları görməmək qərəzli yanaşmadır”.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev BY-1 Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, hazırda yolxanların sayının əhaliyə nisbətdə bir çox ölkələrlə müqayisədə aşağı olması da, düşünürəm ki, pandemiya başlanan andan görülmüş qabaqlayıcı tədbirlərin nəticəsinə görədir: “Bunu müəyyənləşdirmək üçün dünya ölkələrinin, hətta bəzi inkişaf etmiş ölkələrin statistikasına nəzər salmaq kifayətdir..

Karantin rejimi yumşaldıqdan sonra, çox təəssüflər olsun ki, bir çox vətəndaşlarımız sosial məsafə gözləmədən, maskasız, gigiyena qaydalarına riayət etmədən ictimai yerlərdə, ticarət mərkəzlərində heç nə olmamış kimi davrandılar. Nəticədə günü gündən yeni yoluxanların artdı və artıq sınanmış, özünü doğrultmuş məhdudlaşdırıcı metodlar sərtləşdirildi. Vəziyyət bunu tələb edir. Koronavirusun yayılmasının qarşısını almaq üçün əksər ölkələr karantin rejimini sərtləşdirir”.

Deputat sərt karantin rejiminə əməl etməyən şəxslərə ictimai qınağın olmasının vacibliyini bildirdi: “Burada üç prinsip birgə həyata keçirilməlidir:

— Maarifləndirilmə, özü də fasiləsiz.

— İctimai qınaq.

— Kobud şəkildə karantin qaydalarını pozanlara qarşı sərt tədbirlərin görülməsi.

Əks halda, yoluxanların sayı sürətlə arta bilər”.

Deputat Nəsib Məhəməliyev bildirib ki, dövlətin əhaliyə və zərərçəkmiş sahələrə köməyi davam edir: “Bunun üçün 3 milyard vəsaitin ayrılması doğru addım idi. Düşünürəm ki, pandemiya üzündən iqtisadi fəallığın aşağı düşdüyü vəziyyətdə insanların yaşayışının təmin olunması və sahibkarlığın dəstəklənməsi üçün əhəmiyyətli oldu”.

Deputat qeyd edib ki, karantin rejimi milli təhlükəsizlik məsələsidir: “Ələlxüsus Ermənistanla müharibə apardığımız və ölkəmizdə yaranmış sabitliyi pozmaq istəyən kifayət qədər şər qüvvələrin olduğu bir dövrdə bu milli təhlükəsizlik məsələsidir. Hər bir azərbaycanlı vətənpərvərlik nümayiş etdirərək belə həssas məqamda, kənar təsirlərə uymadan, sosial şəbəkələr vasitəsilə aparılan əks təbliğata fikir verməməli, dövlətinin yanında olmalıdır. Laqeyd münasbət bədbəxtçiliklə nəticələnə bilər”.

Ramid İbrahimov

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »