Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində insanlar çimərliklərə axışdı - Video

Böyük Britaniya koronavirusdan ölüm statistikasında Avropa ölkələri arasında birincidir. İndiyə qədər burada 43 min 81 nəfər COVİD-19-dan həyatını itirib.

Bizimyol.info xəbər verir ki, yoluxma statistikasının çox da sabitləşmədiyi Böyük Britaniyada insanlar çimərliklərə axışıb. “Twitter”də paylaşılan videolara təəccüblənməmək olmur. Bornmut çimərliyindəı iynə atsan, yerə düşməz. İnsanlar sosial məsafəni gözləmir, maskalar gözə dəymir.

Littlhempton, Brodsters, İstborn çimərliklərində də oxşar mənzərələr yaranıb. Onminlərlə insan dənizdə çimmək üçün qaydaları pozub. Son günlər Böyük Britaniyada havaların çox isti keçməsi insanları çimərliklərə üz tutmağa həvəsləndirib.

Böyük Britaniya ölüm statistikasında yalnız ABŞ və Braziliyadan geri qalır. Koronavirusa yoluxma sıralamasında isə Avropa ölkəsi dünyada beşincidir. İndiyə qədər Böyük Britaniyada 300 mindən çox vətəndaşda infeksiya aşkarlanıb.

Son xəbərlər
Bütün xəbərlər »