Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Proseslər belə davam etsə, ölkə iqtisadiyyatı iflic ola bilər”

“Hazırda pandemiya sanki Azərbaycanda yeni və qorxulu bir mərhələyə qədəm qoyub. Ölkədə bütün sahələr, xüsusilə iqtisadiyyat ciddi zərər görür. Bunun qarşısı alınmalıdır. Bu gedişat heç də xoş nəticələnməyəcək”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat qeyd edib ki, müvəqqəti qaydalara əməl edərək karantin rejimini qısaltmış olarıq: “Əks halda karantin də uzanır, dövlətə ziyan dəyir. Birlik olub, həmrəylik nümayiş etdirməsək hər bir vətəndaş ağır fəsadlarla qarşılaşa bilər. Proseslər belə davam etsə, ölkə iqtisadiyyatı iflic ola bilər. Orta və kiçik biznes artıq zərərlə qarşı-qarşıyadır. Bu vəziyyət böyük biznes üçün də qaçılmaz sondur. Ölkə daxilində işgüzar münasibətlər pozula bilər. Dövlətin sosial-iqtisadi həyatındakı geriləmənin dövlət dəstəyi ilə qarşısı qismən alınsa da, bu yaranan durğunluğu aradan qaldırmaq elə də asan olmayacaq. Bu pandemiya ümumi dünya üçün gözlənilməz idi. Heç bir dövlət hazırlıqlı deyildi. Ani qərarlar, qarışıqlıq, əhalidə çaşqınlıq dövlətlərin işini daha da çətinləşdirdi. Əgər siyasi-fəlsəfi düşüncələr ortaq olmasa belə, hazırki vəziyyətlə əlaqədar hər kəs müxtəlif görüşlərə, fikirlərə malik şəxslər həmrəylik nümayiş etdirməlidir. İndi hər hansı cüzi bir söz də böyük alovlar yaradır. Buna insanların psixologiyası hazır deyildi və hər kəs çox həssasdır. Gələcək qayğısı, nə olur, bu nədir, niyə bütün bunlar baş verir sualları insanlarda çaşqınlıq yaradıb. Ziyalı və tanınmış simalar bu vəziyyətdə xalqı sakitləşdirməlidirlər. İctimai qınaq olmalıdır. Bunu bütün rəsmilər irəli sürür. Təbii ki, bu məsələ çox vacibdir”.

Deputat bildirib ki, karantin rejiminə əməl etməyən şəxslərə qarşı ictimai qınaq olmalıdır: “İctimai qınaq nədir, harda əks olunur? Bu sualın bir cavabı var: media. Bəs media bu gün belə çətin bir dövrdə hansı funksiyanı yerinə yetirir? Sosial media nəinki insanlarda birlik və həmrəylik çağırışı edir, daha çox çaşqınlıq yaradır. Bütün sosial şəbəkələrdə hər kəs informasiya paylaşa bilir. Bəs rahatlıqla bu qədər əlimizdə şərait varkən niyə ondan yaxşı mənada istifadə etmirik? İctimai qınağın ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində qınaqdır. Bu mənada insanların həyat və sağlamlığı üçün təhlükə olan hərəkətləri tənqid etməkdir. İctimai qınaq odur ki, bu adam bu hərəkəti yanlış edir və onun törətdiyi hərəkətin ictimai nəticəsi ağır sayılır, cəmiyyətə müəyyən mənəvi zərər vurur. Bu ictimai qınağın forması və özüdür.

İctimai qınaq ictimai nəzarətin bir formasıdır. Güclü təsirə malik olan formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Bununla biz çox şeyə nail ola bilərik. Yəni, hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir, ona müəyyən dərəcədə düzəliş edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan çox önəmlidir.

İctimai qınaq cəmiyyətdə ayrı-ayrı fərdlərin etiraz formasıdır. İctimai qınaq yüksək səviyyədə olsa, cəmiyyətdə fərdi məsuliyyətsizlik bu qədər çox olmaz. İnsanlar qaydalara riayət etməyə diqqət eləyərlər. Bu gün ictimai qınağın əsas məkanı olan media problemi yaradan deyil, problemi həll edən qüvvə olmalıdır. Sonda qeyd etmək istəyirəm ki, mən inanıram bizim xalqla həmrəyliyimiz güclü olacaq, biz bu çətin günlərin öhtəsindən dövlət və xalq olaraq birlikdə gələcəyik”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »