Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ÜST karantinin sərtləşməsini tövsiyə edə bilər"

“Əgər ölkələrdə əhali və ya hökumət tərəfindən görülən tədbirlərə yetərincə diqqət edilməzsə, ÜST-ün məsləhəti karantin rejiminin sərtləşdirilməsi istiqamətində olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib:

Hande Harmançı Hande Harmancı / Foto: Report.az

“Çünki əlimizdə başqa bir silahımız yoxdur. Hökumət əhalinin sağlamlığını qorumaq üçün əlindən gələni etmək məcburiyyətindədir, ancaq əhali də bu tədbirlərə öz sağlamlığını qorumaq üçün əməl etməlidir. Əgər ölkə içərisində xəstəliyə yoluxma halında ciddi sürətli artım müşahidə olunarsa, ÜST-ün karantinin sərtləşdirilməsi ilə bağlı tövsiyəsi ola bilər. Azərbaycan da bütün statistikanı dəyərləndirib ona uyğun qərar verəcək”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »