Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sosial məsuliyyətsizlik koronavirusa qarşı mübarizəyə mane olur” - Deputat

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər. Məlumat verilib ki, üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək. Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşdülər.

Prezidentin açılış mərasimində çıxışı ilə bağlı Bizimyol.info-nun əməkdaşı Milli Məclisin deputatı Ramil Həsənin fikirlərini öyrənib.

Ramil Həsən - Deputat Ramil Həsən

Deputat qeyd edib ki, Azərbaycan dövləti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində üzərinə düşən addımları uğurla tam şəkildə həyata keçirdi: “Son günlər səhiyyə sistemimizin koronaviruslu (COVİD-19) xəstələri müalicə etməkdə çətinlik çəkdiyi haqda mediada, sosial şəbəkələrdə müxtəlif məlumatlar, paylaşımlar edilir. Ancaq Prezident İlham Əliyev 1 saylı Gəncə şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bildirib ki, ikisi Bakıda, ikisi Gəncə və Sumqayıtda, biri Abşeronda olmaqla hər biri 200 çarpayılıq 5 modul tipli müasir xəstəxanalar tikilib. Prezident deyib ki, yaxın həftələrdə bu xəstəxanaların sayı 10-a qaldırılacaq. Ölkədə 700-dən çox xəstəxana tikilib və yenidən qurulub. “Yeni Klinika” tibb müəssisəsində, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında və Tədris Cərrahiyyə Klinikasında və başqa xəstəxanalarda koronavirusa yoluxan insanların müalicəsi gedir. Dövlət əhalinin sosial müdafiəsi üçün verdiyi qərarlar hər zaman olduğu kimi dövlətin vətəndaşlarının yanında olduğunun və sağlamlığının keşiyində olduğunun ən bariz nümunəsidir.

Azərbaycan dövləti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində üzərinə düşən addımları uğurla tam şəkildə həyata keçirdi. Qabaqlayıcı tədbirlər görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, bu qərargah dövlətin verdiyi qərarları, Ümümdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyyələri uyğun şəkildə həyata keçirdi. Odur ki, sosial şəbəkələrdə Azərbaycanın səhiyyə sisteminin koronavirus xəstələrini müalicə etmək üçün yetərli olmaması fikri absurd, yalnış fikir olaraq açıq və aydın görünməkdədir.

Azərbaycan dövlətinin tam şəkildə vətəndaşının yanında olduğunun və vətəndaşı qorumaq üçün üzərinə düşən addımları atdığını görürük, bununla da fəxr edirik. Vətəndaşlarımız da sosial məsuliyyətini dərk edib, qayda-qanunlara əməl etməlidir”.

Deputat Ramil Həsən bildirib ki, karantin rejiminin yenidən sərtləşdirilməsi vətəndaşların təhlükəsizliyini təmin etmək üçün atılan addımdır: “Azərbaycan əhalisinin say nisbətini nəzərə alaraq İsrail, Avstriya, Belçika ilə ölkəmizi müqayisə edə bilərik. Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı qat-qat azdır. Amma bu o demək deyil ki biz tamamilə rahat şəkildə davranmalıyıq. Karantin rejiminin mərhələli şəkildə yumuşaldılmasından sonra yoluxanların sayının artması nəticəsində karantin rejimi yenidən sərtləşdirildi. Sərtləşdirmə rejimi və insanların evdə qalması üçün edilən çağırışlar vətəndaşları qorumaq üçün atılan addımlardır.

Dövlət üzərinə düşən hər bir şeyi edir. Bəs, vətəndaşlar? Karantin rejiminin yenidən sərtləşdirilməsindən sonra bəzi vətəndaşların gizli yollarla Bakını tərk etməsini görəndə təəssüf hissi keçiririk. Sosial məsuliyyətsizlik nəticəsində koronavirusa qarşı mübarizədə istənilən nəticəni əldə edə bilmirik. Karantin rejiminə ciddi əməl etməklə şans qazana bilərik ki, bu da karantinin yumuşaldılmasına və müəyyən proseslərdə asanlaşdırıcı sistemlərə keçməyə şərait yaradacaq. Bu da əhalimizin sağlamlığına və iqtisadiyyatımızın inkişafına töhfə olar. Hər birimiz həkimlərin və polislərin yanında olmalıyıq. Çalışmalıyıq ki mövcud problemi minimuma endirmək üçün əlimizdən gələn addımları ataq ki, müsbət yönümlü nəticələr əldə edə bilək- Koronavirusa yoluxanların sayı azalsın, yoluxanlar qısa zamanda sağalsın. Biz birlikdə bu problemdən çıxa bilərik.

Onu da qeyd edim ki, dövlət başçısı ölkə əhalisinə və zərərçəkmiş sahələrə bundan sonra da veriləcək dəstək üçün 3 milyon manat vəsaitin ayrılacağını bildirdi”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »