Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlıq Qarabağda dron müharibəsi: Azərbaycandan “Zərbə” gözlənilir

Məşhur “Forbes” jurnalı Dağlıq Qarabağdakı dron müharibəsindən yazıb. Yazıda Azərbaycanla Ermənistan arasındakı münaqişənin 2016-cı ildən daha da alovlandığı qeyd olunub. “Forbes” əsas diqqəti məhz son 4 ildə pilotsuz uçan aparatlardan istifadə olunmasına yönəldib.

Bizimyol.info xəbər verir ki, jurnalist Devid Hamblinq unudulan müharibənin yenidən alovlanmasından bəhs edib. Məqalədə dronların həm kəşfiyyat, həm də qarşı tərəfə zərbə endirmək üçün faydalı olmasından danışılıb.

“Ermənilərin çoxluq təşkil etdiyi yaşayış massivi qanunla Azərbaycana məxsusdur. Ermənistan hərbi əməliyyatlar sayəsində əraziyə nəzarəti ələ keçirəndən sonra 1994-cü ildə Rusiyanın vasitəsi ilə atəşkəs müqaviləsi imzalandı. Dağlıq Qarabağda Artsax adlı müstəqil dövlətin yaradıldığı elan edildi. Amma bu, beynəlxalq miqyasda tanınmadı. Bir çoxları hələ də Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır”, - məqalədə yazılıb.

“Forbes” 2016-cı ili xüsusi vurğulayanda aprel döyüşlərini nəzərdə tutur. Jurnalist yazır ki, dronlardan Azərbaycan daha effektli istifadə edir. İsraildən alınan “Xarop”lar bir çox hədəfləri vurub, düşmənin artilleriyasını, erməni hərbçiləriylə dolu avtobusu məhv edib.

Yazılanlara görə, “Xarop”ları Azərbaycana IAI şirkəti çatdırıb. Tezliklə ortaya rəqib kimi “Aeronautics” çıxıb. 2017-ci ildə şirkətdən bizim ölkəyə “Orbiter 1K” dron-kamikadzelərini təqdim etmək üçün mütəxəssislər qrupu gəlib. Azərbaycanlılar perspektivdə “Orbiter”in istehsalının lisenziyasını da almağı planlaşdırır. Yeni dronlar “Zərbə” adlanacaq. Bundan başqa, 2019-cu ildə Azərbaycan İsraildən “Skay Strayker” dronları da alıb.

“Forbes” yerli dron istehsalının da necə formalaşmağa başlamasından yazıb. 2018-ci ildə bizim şirkətlərdən biri müxtəlif ölçülərdə üç dron-kamikadze istehsal edə biləcəyini açıqlamışdı. Dronların hər birinin beş kiloqram sursatla üç saat uçmaq qabiliyyəti var idi. “Bat” adlanan başqa dron isə məhv ediləcək hədəf tapılmayanda dərhal bazaya qayıda bilirdi.

“Forbes” yazır ki, belə münaqişələrdə dronlarla mübarizə ən uyğun formatdır. Çünki dron vurulanda operator məsuliyyəti üzərindən ata bilir. Demək mümkündür ki, dron bizə məxsus deyildi. 1960-cı ildə Çin “Fayrbi”ni vuranda ABŞ məhz belə davranmışdı. Amerikalılar məsuliyyətdən qaçmışdı.

Yeni Amerikan Təhlükəsizliyi Mərkəzinin analitiki Samuel Bendett deyir ki, dronun inhisarı zamanla azalmağa başlayıb və xeyli ölkələr pilotsuz uçan aparatlara üstünlük verir. Postsovet məkanında xüsusilə Ukraynanın, Estoniyanın, Belarusun, Azərbaycanın və Ermənistanın adını çəkir. Bendett Qafqaz ölkələrinin drondan istifadəsində həm də təhlükəsizliyi təmin etmək meylləri görür.

"Forbes" axırda Azərbaycanın “AZDinamiks” şirkətinin dronların ixracını təşkil etmək istiqamətində də fəal iş apardığını qeyd edib.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Məlahət Mürşüdlü vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »