Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Baş Prokurorluğun kollektivi Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı təbrikdə deyilir:

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silahlı Qüvvələr Günü münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından xalqımızı, o cümlədən vətən naminə müqəddəs və şərəfli xidmət göstərən Silahlı Qüvvələrin şəxsi heyətini səmimi-qəlbdən təbrik edirik.

Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur".

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »