Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə düşür” - Deputat

“Son günlər bizim səhiyyə sistemimizin koronaviruslu xəstələri müalicə etməkdə çətinlik çəkdiyi haqda mediada, sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır və paylaşımlar edilir. Qeyd edim ki heç bir ölkə pandemiya ilə mübarizəyə tam hazır deyildi. Azərbaycana gəldikdə isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ikisi Bakıda, ikisi Gəncə və Sumqayıtda, biri Abşeronda olmaqla hər biri 200 çarpayılıq 5 modul tipli müasir xəstəxanalar tikilib. Yaxın həftələrdə bu xəstəxanaların sayı 10-a qaldırılacaq. Ölkəmizdə 700-dən çox xəstəxana tikilib və yenidən qurulub. “Yeni Klinika” tibb müəssisəsində, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında və Tədris Cərrahiyyə Klinikasında və digər xəstəxanalarda koronavirusa yoluxan insanların müalicəsi gedir. Qeyd olunanlar onu göstərir ki, bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan bütün zəruri tədbirləri görür və görəcək”.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Bu barədə Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, hazırda koronavirusa (COVİD-19) yoluxanların sayı Azərbaycanın əhalisini say nisbətndə götürəndə böyük deyil: “Bəzi ölkələrdə yoluxma nisbəti daha çoxdur. Ancaq bu arxayınlıq yaratmamalıdır. Qeyd etmək lazımdır ki, ümumən ölkə vətəndaşlarının böyük əksəriyyəti karantin qaydalarına əməl etsə də təəssüfkü bəzi ölkə vətəndaşları qaydalara tam əməl etmir, özlərini qorumurlar. Bu insanlar özləri ilə bərabər digər insanları da fikirləşməlidirlər”.

C.Məmmədov deyib ki, proseslər nəticəsində karantin rejiminin yenidən sərtləşdirilməsi qaçılmaz oldu: “Bir sıra ölkələr kimi, Azərbaycan da yumşalmaya getdi. Buna getməmək çətinliklər yaradırdı. Burada bir sıra amillər ciddi rol oynadı. Bu amillər sırasında bəzi vətəndaşların məsələyə kifayət qədər həssas yanaşmamasını qeyd etməliyik. Bu gün də təəssüf ki az da olsa sosial məsafəni gözləməyən, maska və əlcək taxmayan, küçələrdə ehtiyac olmadan gəzən insanları görürük. Cəmiyyətdə ictimai qınaq və vətəndaş mövqeyi də olmalıdır. Hər bir vətəndaş öz məsuliyyətini unutmamalıdır. Lazım olduğu təqdirdə qaydalara əməl etməyən insanlar cəmiyyət üzvləri tərəfindən də qınanmalıdır. Hamı bir-birinə nəzarət etməlidir. O zaman nəticələr istədiyimiz kimi ola bilər”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan dövləti ilk gündən pandemiya ilə mübarizədə operativ və adekvat qərarlar qəbul etdi: “Prezident İlham Əliyev ilk gündən prosesi öz nəzarətinə götürdü. Pandemiyanın ölkə iqtisadiyyatına və ölkənin iqtisadi durumuna mənfi təsirlərinin aradan qaldırılması istiqamətində ardıcı və məqsədyönlü tədbirlərin icrasına başlanıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Nazirlər Kabineti yanında Operativ Qərargah, Fond yaradıldı, bir neçə istiqamətdə tədbirlər planı hazırlandı. Qısa müddətdə bir neçə xəstəxana inşa olundu. Görülən bu tədbirlər nəticəsində ilk gündən virusa yoluxanların sayında ciddi artım müşahidə olunmadı.

Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyev dəfələrlə heç bir sosial layihənin təxirə salınmayacağını bəyan etdi. 190 manat maddi dəstəyin hazırkı karantin dövründə də verilməsi barədə qərarın qəbul edilməsi ölkə vətəndaşlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının göstəricisidir. Bir sözlə dövlət hər zaman olduğu kimi, üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır.

Koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə düşür. Hər kəs karantin qaydalarına tam əməl etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hamımız yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq. Bunun üçün dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməlidir. Əks halda nəticələr arzu olunan olmayacaq. Necə ki, biz bunu bir sıra dövlətlərin timsalında görürük.

Hamı bilməlidir ki, əgər qaydalara hamı əməl etməsə nəticələr ürəkaçan olmaya bilər. Çünki hazırda dünyada növbəti dalğalardan söhbət gedir. Bu bir milli təhlükəsizlik məsələsidir. Nə qədər gec deyil hamımız diqqətli olmalıyıq.

Şübhəsiz ki, bir çox bəlalardan olduğu kimi bu bəladan da üzüağ çıxacağıq. Əsas odur ki, birlik və həmrəyliyimizi qoruyaq. Hər bir Azərbaycan vətəndaşı birlik və həmrəylik nümayiş etdirməlidir. “Biz birlikdə güclüyük!” şüarını hər zaman xatırlamalıyıq”.

Ramid İbrahimov

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »