Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı telekanaldan açıqlama

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı məlumat yayılıb. Yoluxanlar arasında sədr müavini Rafiq Həşimovun, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud və Ülfət Rəhimovanın da olduğu bildirilir.

Yoluxmanın geniş yayılmasına səbəb kimi AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınıb, ancaq onunla ünsiyyətdə olan şəxsləri karantinə almamaları göstərilir. Bundan əlavə telekanalda prorektorlarla, sədr müavini ilə yanaşı aparıcıların, texniki işçilərin də yoluxduğu barədə məlumat var.

Yayılan məlumatlara rəsmi mövqe öyrənmək üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı Publika.az-a danışan AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva telekanalın 50-dən çox əməkdaşının koronavirusa yoluxması ilə bağlı yayılan məlumatları təkzib etdi. O vurğuladı ki, Teleradio Akademiyasının prorektorları Ülfət Rəhimova və Almaz Mahmud iyunun əvvəlində virusa yoluxub:

“Məlumat düzgün deyil. Ülfət və Almaz xanım ayın əvvəlində virusa yoluxub. Onlar artıq müalicə alırlar. Vəziyyətləri də yaxşılaşıb. Rafiq Həşimovun, məşhur aparıcı, diktorların və digər 50 nəfərin virusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Şirkətdə iyunun əvvəlində rəsmi olaraq virusa yoluxan 6 nəfər idi. Ondan sonra virusa yoluxma faktı aşkarlanmayıb. Hazırda da yoxdur”.

N.Rəfiyeva şirkət daxilində bütün əməkdaşların verilən qaydalara və tələblərə əməl etdiyini bildirdi, yayılan məlumatları isə əsassız və mənbəsiz adlandırdı:

“Şirkətə maskasız girmək və içəridə maskasız gəzmək belə qadağandır. Yoluxma faktından sonra da yoxlanılıb. Əməkdaşlarımızdan virusa yoluxan yoxdur. Telekanalın binası hər gün dezinfeksiya olunur. Antibakterial dezinfeksiyaedici maddələr şirkətin hər yerində var. Bu məlumatlar və fikirlər haradan yaranıb bilmirəm. Bunlar həqiqəti əks etdirmir. Bizdə ümumiyyətlə bir qədər temeperaturu yüksək olan əməkdaşlar telekanalın binasına buraxılmır. Girişdə onlar yoxlanılır. Hamı özünü qorumağa çalışır. Biz özümüz-özümüzü ilk növbədə düşünürük. Buradakı insanlar da özünü qoruyur. Yəni virusa yoluxma faktı yoxdur. Hamı prorektorları məşhur aparıcı və tanınmış olduqları üçün soruşur”.

Şöbə rəisi 50-dən çox əməkdaşın virusa yoluxması səbəbilə şirkətin karantinə alınacağı və fəaliyyətini dayandıracağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirərək bildirdi ki, telekanal hazırda iş fəaliyyətini tam şəkildə, əvvəlki vəziyyətdə davam etdirir və belə bir qərar yoxdur.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »