Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert xaricdən tibb işçiləri gətirməyi təklif edir

“Hökumət yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yeni, daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır.

Amma bir məsələ çox çətindir: Həkim, tibb işçiləri sayı çatışmır - bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir”.

Bizimyol.info-nun məlumatına görə, bu fikri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

“Rəsmi məlumatlara inansaq, Çinin Uxan şəhərində 1 nəfərin noyabr ayında koronavirusa yolyxması 7 aydan sonra dünyanın 200 ölkəsində 10 mln. nəfərin yoluxmasına, 500 min nəfərin isə həyatını itirməsinə səbəb oldu. Yəni, 1 nəfər həndəsi silsilə ilə dünyada 10 mln. nəfərə yaxın adamı yoluxdurdu - bu hələ testlə təsbit edilən saydır, simptomsuz və rəsmi qeydiyyata alınmayan yolyxan sayı isə dünya üzrə, çox güman, bu saydan, azı 10-15 dəfə, bəlkə də 100 dəfə çoxdur - bunu dəqiq bilən də yoxdur.

Uxanda 1 nəfərlə başlayan virus 7 aya bu qədər yayılıbsa, məntiqlə, bu ilin sonuna həndəsi silsilə ilə dünya əhalisinin, azı 70-75%-i virusa yoluxacaq və kollektiv immunitet yaranmağa başlayacaq (artıq yaranır).

Bu modeldə yeganə çıxış yolu yoluxmanın sürətini azaltmaqla səhiyyə sistemini virusla mücadiləyə hazırlamaqdır. Yəni, daha çox çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır. Başqa yol görünmür, vaksin hazır olana qədər bu belə davam edəcək. Vaksin isə, ən yaxşı halda gəlin ilin ilk yarısında kütləvi istehsal ediləcək.

Yaxşı, nə edək bəs?! Bir daha: Özümüzü və yaxınlarımızı qoruyaq, qapalı məkanlarda maska taxaq, fiziki məsafənı gözləyək, əllərimizi təmiz saxlayaq.

Hökumət nə etməlidir: Yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yeni, daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır.

Amma bir məsələ çox çətindir: Həkim, tibb işçiləri sayı çatışmır - bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir. Ən azı 1000 həkimə, 5000 tibb xidməti işçisinə ehtiyac var, onları Kubadan, Baltikyani ölkələrdən, Türkiyədən cəlb etmək mümkündür”,- deyə ekspert bildirib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »