Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin dolları boykot etməyə, yuanı beynəlxalq valyutaya çevirməyə hazırlaşır

“Çin SWIFT qlobal hesablaşma sistemindən uzaqlaşmağa hazır olmalıdır”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Çinin qiymətli kağızlara nəzarət komitəsinin sədri Fan Sinxay səsləndirib.

Pekinin daha bir məqsədi yuanı internasional valyutaya çevirməkdir, daha doğrusu beynəlxalq ticarət əlaqələrində dolları yuanla əvəz etməkdir”,- deyə o bildirib.

Society for Worldwide Interbank Financial Telecommunications (SWIFT ) sisteminə dünyanın 200 ölkəsindən 11 min təşkilat qoşulub. İlin əvvəlindən bu sistem vasitəsilə 4 milyard ödəniş edilib.Formal olaraq SWIFT özəl şirkətdir, hesablaşmalar dollarla aparıldığı üçün o faktiki olaraq ABŞ-dan asılıdır.

Fan Sinxay qeyd edib ki, Çin faktiki olaraq bu sistemdən ayrılmağı və asılılığı tezliklə nəzərdə tutur, çünki Vaşinqtonun potensial sanksiyaları qarşısında zəiflik hiss edir.

Bu demarşın səbəbi Vaşinqtonun Çinin vəzifəli şəxslərinə ölkədəki müsəlmanların hüquqlarının pozulması ilə bağlı sanksiya tətbiq etmək niyyətidir.İyunun 17-də Tramp müvafiq qanun layihəsi imzalayıb.Çin tərəfi təcili şəkildə ehtiyat tədbirləri görərək SWIFT-dən bütün asılılığı qoparmaq qərarına gəliblər.

“Əgər bizim xarici aktivlərimiz yuanla olsaydı dolların qiymət dəyişmələri təhlükə yaratmazdı.Yunaın beynəlxalq valyutaya çevrilməsi xarici maliyyə təzyiqini azaldacaq”,- deyə Sinxay bildirib.

Çin 2019-cu ildə China International Payments System (CIPS) beynəlxalq hesablama sistemini yaradıb. Ötən ilin noyabr sammitində Rusiya və Çin beynəlxalq hesablaşmalar üçün öz ödəmə sistemlərini birləşdirmək barədə qərara gəliblər.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
››› Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
››› Qazı əhaliyə ən ucuz satan ölkələr: Rusiya ikinci yerdədir
››› Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq
››› Bakıda “London taksisi” qəbirstanlığı və ya hər yenilikdə bir korrupsiya
››› Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"
››› Putin Əsədin “çəllək bombaları”ndan istifadə etməyə hazırlaşır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »