Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meyxanaçıya marixuana satdı, hər ikisi tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 55 yaşlı Qaradağ rayonu, Qobusatan qəsəbə sakini Elman Nərimanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Elman Nərimanov şəxsiyyəti istintaqa məlum olmayan “Mahir” adlı şəxsdən satmaq məqsədilə aldığı külli miqdarda marixuananı yaşadığı Qobustan qəsəbəsindəki mənzilində saxlayıb. Narkotik vasitəni hissələrə ayıraraq qablaşdırıb. Bu ilin yanvar ayının 19-da evində gizlətdiyi marixuananın bir bükümünü Taleh Hüseynzadəyə satıb. Bir neçə gün sonra isə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə aparılıb. E.Nəsirovun mənzilinə baxış keçirilərkən kustar üsulla hazırlanmış və kağıza bükülmüş çoxlu sayda bükümlər aşkarlanıb. Mənzildən ümumilikdə 6 kiloqrama yaxın marixuana və 34 qram tiryək aşkarlanaraq götürülüb.

Törətdiyi cinayət əməlinə görə E.Nərimanovun barəsində Qaradağ rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Elman Nərimanov ifadəsində təxminən iki-üç ildir ki narkotik vasitələrin satışı ilə məşğul olduğunu, marixuananı əsasən Qobustanda yaşayan “Mahir” adlı şəxsdən aldığını, kağız bükümlərinə bölərək birini beş-on manata satdığını deyib: “Bir kibrit qustusu marixuananı 50 manata alırdım. Həbs olunmamışdan iki-üç ay əvvəl yenə də ”Mahir”dən qurudulmuş marixuana alıb evə gətirmişdim”.

Evindəki torbalarda saxladığı marixuananın ümumi çəkisini xatırlamadığını deyən E.Nərimanov bu barədə polis əməkdaşlarının mənzilə baxış keçirdiklərindən sonra xəbərdar olduğunu göstərib: “Qapı döyüldü, açanda gördüm bir neçə mülki geyimli şəxslərdir. Polis əməkdaşları olduqlarını dedilər, vəsiqələrini göstərdilər, iki nəfər hal şahidinin iştirakı ilə evə baxış keçirdilər. Gödəkçəmin cibindən 16 büküm marixuana, divar mebelinin arxasındakı torbadan, həyətdəki əl damından narkotik kütlələri aşkar etdilər”.

E.Nərimanov ifadəsində mənzilindən tapılan marixuananı “Mahir”dən 2 min manata aldığını, marixuanadan başqa heç bir narkotik vasitə satmadığını bildirib. Evindən aşkarlanan tiryəkin isə ona məxsus olmadığını, Taleh adlı şəxsi tanımadığını, ona marixuana satmadığını deyib. “Mahir”lə qəsəbədə tez-tez rastlaşdıqlarını, görüşən zaman vaxt təyin etdiklərini, sonuncunun da narkotik vasitəni gecə saatlarında onun evinin qarşısına qoyub getdiyini söyləyib: “Satandan sonra pulu qəsəbənin mərkəzində görüşüb ona verirdim. Evinin yerini tanımıram. Marixuanı qəsəbə sakinlərinə 5 manata satırdım. Özüm də marixuana istifadəçisiyəm”.

Narkotik vasitəni E.Nərimanovdan aldığını iddia edən Taleh Hüseynzadə (T,Hüseynzadənin barəsindəki cinayət işi ayrıca icraata verilib-red.) ifadəsində toy məclislərində meyxana deməklə məşğul olduğunu, elə əsasən məclis vaxtı marixuana qəbul etdiyini deyib: “Müxtəlif yerlərdən alırdım. Son bir ildə mütəmadi olaraq marixuana istifadə edirdim. Qobustanda yaşayan Elmandan bir büküm marixuananı da özüm üçün almışdım. Müşfiqabad qəsəbəsindəki kafeyə gedərkən bir neçə nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını dedilər. Narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olduğumu bildirdilər”

Polis əməkdaşları tərəfindən Polis İdarəsinə aparılan meyxanaçının üzərinə baxış keçirilib. Gödəkçəsinin cibindən aşkarlanan marixuananı Qobustan sakini E.Nərimanovdan 40 manata aldığını etiraf edib.

Məhkəmə prosesi davam edir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »