Türkiyə Daxili İşlər Nazirliyindən yerli icra hakimiyyətlərinə göndərilən təlimata görə, 65 və yuxarı yaşda olan vətəndaşlar icazə alaraq turizm məqsədli səyahət edə biləcək.
“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, 65 yaşdan yuxarı vətəndaşların turizm məqsədli səyahətlə bağlı icazə sənədini alması üçün səhiyyə orqanına, icra hakimiyyətinə və ya bələdiyyə orqanlarına müraciət etməyə ehtiyac olmayacaq.
Həmin şəxslər eyni yaşda olan 1-ci dərəcəli qohumları da daxil olmaqla 6 nəfər üçün icazə ala bilərlər. Həmçinin onlar icazə sənədlərini avtobus, təyyarə, qatar və şəxsi avtomobillə edilən səyahətlərdə istifadə edə biləcəklər.