Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq daşımaqda şübhəli bilinən rayonun Qaraoğlan kəndində yaşayan Rəşad Kərimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlə R. Kərimova narkotik vasitəni verən şəxsin onun həmkəndlisi Danil Çurkin olduğu müəyyən edilib. D. Çurkinin istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi təmiz çəkisi 5 kiloqramdan artıq 22 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »