Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlanıb

Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlayıb.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, video-çarxda Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan, yeni silahların alınmasından və keçirilən genişmiqyaslı təlimlərdən bəhs olunur.

Qeyd olunub ki, ordu dövlətin təhlükəsizliyin qarantıdır. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu daim prioritet məsələlərdən biri olub.

Videoda Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ordu quruculuğu haqqında fikirlərini bölüşüblər.

Onlar qeyd ediblər ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir.

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »