Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
EHİM-in direktoru beynəlxalq e-konfransda çıxış edib
Fariz Cəfərov

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Beynəlxalq Administrativ Elmlər İnstitutunun (IIAS) 2020-ci il üzrə e-konfransı çərçivəsində keçirilən “COVID-19 virusunun idarəetmədə doğurduğu çətinliklərə qarşı Rəqəmsal təcrübələr və Həllər” panel sessiyasında iştirak edib. Brüssel şəhərində keçirilməsi nəzərdə tutulan konfrans pandemiya dövrünə təsadüf etdiyindən onlayn şəkildə təşkil olunub.

BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzinin (Astana Civil Service Hub) təşkilatçılığı ilə keçirilən e-konfransda elektron hökumətin inkişafı sahəsində ekspertlər, professional assosiasiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Astana Dövlət Xidməti Mərkəzinin İdarə Heyətinin sədri Alixan Baymenov və Belçika Beynəlxalq Administrativ Elmlər İnstitutunun direktoru Sofiane Sahraoui iştirakçıları salamlayaraq, 42 ölkəni özündə birləşdirən Astana HUB-ın dəvətini qəbul etkiləri üçün Azərbaycan, Estoniya və İsrail nümayəndlərinə xüsüsi təşəkkürlərini bildiriblər.

Onlayn sessiyada COVID-19 pandemiyası ilə mübarizədə innovativ qabaqlayıcı tədbirlər, virusun yayılmasını azaltmaq üçün sosial innovasiyalar və e-həllərin təsiri məsələləri müzakirə olunub. E-panel Azərbaycan, Estoniya, Qazaxıstan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan digər dövlətlərin pandemiya dövründə tətbiq etdikləri innovativ təcrübələrin öyrənilməsi üçün iştirakçılara şərait yaradıb.

EHİM-in direktoru çıxışında elektron hökumətin inkişafı mərhələləri, vətəndaşlara rəqəmsal formada təqdim edilən elektron xidmətlər və Azərbaycanda rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Fariz Cəfərov tərəfindən tədbir iştirakçılarına “ASAN xidmət”, Azərbaycanda rəqəmsallaşma sahəsində görülmüş işlər, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər, koronavirusla bağlı yaradılmış məlumatlandırma portalı, sahibkarlara dövlət dəstəyi mexanizmləri, koronavirusun yayılmasını azaltmağa kömək edən “E-Təbib” mobil tətbiqi və mövcud vəziyyətin idarə edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan “İcazələrin Alınması və Monitorinqi Sistemi” haqqında geniş təqdimat edilib.

Beynəlxalq konfrans COVID-19 pandemiyası ilə əlaqədar məsələlərin öhdəsindən gəlmək üçün innovativ həllərin tapılması, öyrənilməsi və çətinliklərin üzə çıxarılması üçün qərar vermədə iştirak edən səlahiyyətli şəxslərin bir yerə toplaşması məqsədi ilə təşkil olunub.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılıb
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
Son xəbərlər
Bütün xəbərlər »