Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın səhiyyə naziri koronavirus dəhşətindən danışıb

Hazırda Ermənistanda koronavirusa yoluxanlardan 502 nəfərin vəziyyəti ağırdır. Daha 113 xəstə isə son dərəcə kritik vəziyyətdədir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, 40 nəfər mexaniki ventilyasiya cihazına qoşulub. Bundan əlavə, 51 nəfər xəstəxanaya yerləşdirilməsini gözləyir. Onlardan ikisi evdə, digərləri koronavirusla mübarizəyə cəlb edilməyən müxtəlif tibb mərkəzlərindədir.

Torosyan reanimasiya yerlərinin kifayət etmədiyini və onların da tez bir zamanda tutulduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəlki sutka ərzində Ermənistanda daha 711 nəfərdə koronavirus aşkarlanmış və daha 14 nəfər həyatını itirmişdi.

Paylaş »
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »