Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korona getməmiş "kristoli" gəldi: Ölüm faktı qeydə alınıb

Fransada kristoli adlandırılan yeni virus bir nəfər qadının həyatına son qoyub.

Bizimyol.info Kanal D-yə istinadən xəbər verir ki, həkimlər 58 yaşlı qadının kristoli adlanan virusa yoluxduğunu, bununla belə əlavə xəstəliklərinin də olduğunu deyiblər. Koronavirus kimi böyük böhrana səbəb olub-olmayacağı bilinməyən yeni virusu ağcaqanadalar və kiçik böcəklər yayır.

Fransanın Gretel şəhərində Henri Mondor xəstəxanasında qeydə alınmış faktla bağlı professor Jan Mişel Pavlotski bunları deyib.

“Hələlik tək bir ölüm faktı ilə qarşılaşmışıq. Xəstəlik barədə başqa söz demək üçün əlimizdə yetərli informasiya yoxdur. Yoluxma tərzi koronavirus kimi deyil.

Hava damcı yolu ilə yoluxmur. Doğrusunu desək, nə ilə qarşılaşdığımızı bilmirik. Ola bilsin ki, böcəklər və ya ağcaqanadlar vasitəsilə yoluxma baş tutub. Bir dəqiq deyə biləcəyimiz şey var idi. Xəstənin immuniteti çox zəif idi”.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »